7 aprel 2026. Çərşənbə axşamı

Polşa klubu millimizin sabiq qapıçısını baxışa çağırdı


  • Transfer
  • 23:06 31.01.2022
  • Oxunma sayı: 175
Polşa klubu millimizin sabiq qapıçısını baxışa çağırdı

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin sabiq qapıçısı Şahin Zəkiyev Polşanın III liqasında çıxış edən "Sokol" klubuna baxışa yollanıb.

Corner.az xəbər verir ki, bu barədə "Report"a Moldovada yaşayan azərbaycanlı futbol agenti Ramil Adıgözəlov məlumat verib. Onun sözlərinə görə, 23 yaşlı qolkiperlə yaxın günlərdə qərar qəbul olunacaq.

Adıgözəlov qapıçı ilə Polşanın I liqasında mübarizə aparan "Zniç" komandasının da yaxından maraqlandığını bildirib: "Bu klubla birbaşa müqavilə də imzalana bilər. Amma "Sokol" Şahini saxlamaq istəsə, digər klubun qərarını gözləməyəcəyik".

Qeyd edək ki, Şahin Zəkiyev "Keşlə" və "Səbail" komandalarının formasını geyinib







Transfer

PSJ 57 milyon avro təklif etdi
  • Transfer
  • 23:44 04.04.2026
PSJ 57 milyon avro təklif etdi