16 dekabr 2025. Çərşənbə axşamı

Neftçi'nin 90 min avroluq transferi


  • Transfer
  • 10:29 01.02.2022
  • Oxunma sayı: 187
Neftçi'nin 90 min avroluq transferi
"Neftçi" klubunun yeni transferi Gilyerme Pato üçün Braziliya "İnternasional"ına ödədiyi məbləğ müəyyənləşib. Corner.az xəbər verir ki, son ölkə çempionu 21 yaşlı hücumçu üçün 90 min avro ödəyib.
 
Porto Aleqri təmsilçisi ümumilikdə yanvarda futbolçu satışından 27 milyon avro qazanıb. "Ağ-qaralar" yanvarın 21-də Pato ilə 2,5 illik müqavilə imzalayıb.
 
Qeyd edək ki, "İnternasional"ın yetirməsi olan Gilyerme Pato 2020/2021 mövsümündə icarə əsasında "Ponte Preta"da, 2021-ci ilin ikinci yarısında isə "Kuyaba"da çıxış edib.






Transfer