4 iyul 2026. Şənbə

Tottenhem Dele Allini satdı


  • Transfer
  • 13:58 01.02.2022
  • Oxunma sayı: 158
Tottenhem Dele Allini satdı

İngiltərənin “Everton” klubu heyətini daha bir yarımmüdafiəçi ilə gücləndirib.

Corner.az xəbər verir ki, Mersisayd təmsilçisi “Tottenhem”dən Dele Allini transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 25 yaşlı yarımmüdafiəçi ilə 2,5 illik müqavilə imzalanıb.

Alli bu mövsüm “Tottenhem”lə 18 oyunda 2 qol vurub.

“Everton” daha əvvəl “Mançester Yunayted”dən Donni van de Beki də icarəyə götürüb.







Transfer

Çemberlen “Seltik”də qalır
  • Transfer
  • 01:09 04.07.2026
Çemberlen “Seltik”də qalır