4 iyul 2026. Şənbə

Arsenal amerikalı futbolçu ilə gücləndi


  • Transfer
  • 16:23 01.02.2022
  • Oxunma sayı: 136
Arsenal amerikalı futbolçu ilə gücləndi
İngiltərənin “Arsenal” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Corner.az xəbər verir ki, London təmsilçisi ABŞ-ın “Kolorado” klubundan Oston Trastini transfer edib.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 23 yaşlı müdafiəçi ilə razılaşmanın detalları açıqlanmayıb.
 
Oston Trasti mövsümün sonuna qədər icarə əsasında “Kolorado”da oynamağa davam edəcək. Amerikalı futbolçu yayda “Arsenal”a qoşulacaq.
 
Peşəkar karyerası ərzində cəmi 149 matçda iştiran edən gənc müdafiəçi, bu oyunlarda 3 qol vurub və 2 məhsuldar ötürmə edib. O, əvvəllər “Filadelfiya”nın da çıxış edib.






Transfer

Çemberlen “Seltik”də qalır
  • Transfer
  • 01:09 04.07.2026
Çemberlen “Seltik”də qalır