23 aprel 2026. Cümə axşamı

Liverpul'dan 45 milyon avroluq transfer


  • Transfer
  • 10:45 02.02.2022
  • Oxunma sayı: 132
Liverpul'dan 45 milyon avroluq transfer
İngiltərənin “Liverpul” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Corner.az xəbər verir ki, Mersisayd təmsilçisi "Portu"nun yarımmüdafiəçi Luis Diası transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 25 yaşlı vingerlə 5.5 illik müqavilə imzalanıb.
 
Britaniya mətbuatının yazdığına görə, “qırmızılar” kolumbiyalı  futbolçu üçün 45 milyon avro ödəyəcəklər. Dias yeni komandasında “23” nömrəli formanı geyinəcək.
 
Luis Dias 2019-cu ildən “Portu”da çıxış edirdi. O, bu mövsüm meydana çıxdığı 18 oyunda 14 qola imza atıb. Portuqaliya təmsilçisində bütövlükdə 125 oyuna çıxan Kolumbiya millisinin üzvü, 41 qol vurub. Yarımmüdafiəçi daha öncə ölkəsində “Barranquilla” və “Atletiko Junior” klublarının da formasını geyinib. Kolumbiya yığmasında 32 oyun keçirmiş oyunçu, 7 qol da vurub.






Transfer

Alisson üçün İtaliya variantı
  • Transfer
  • 21:58 22.04.2026
Alisson üçün İtaliya variantı