4 oktyabr 2026. Bazar günü

Bafetimbi Qomis rəsmən Qalatasaray'da


  • Transfer
  • 17:07 02.02.2022
  • Oxunma sayı: 209
Bafetimbi Qomis rəsmən Qalatasaray'da

Türkiyənin "Qalatasaray" klubu sabiq futbolçusu Bafetimbi Qomisi geri qaytarıb.

Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi 36 hücumçunun keçidini sosial şəbəkələrdə yayımladığı video ilə açıqlayıb.

Fransalı futbolçu ilə imzalanmış müqavilənin detalları hələlik açıqlanmır.

Qeyd edək ki, Bafetimbi Qomis 2017/2018 mövsümündə də "Qalatasaray"ın formasını geyinib. Təcrübəli futbolçu son olaraq Səudiyyə Ərəbistanının "Əl Hilal" komandasında çıxış edib.








Transfer