Türkiyənin “Fənərbaxça” klubu bu mövsümün əvvəlində “Uotford”a icarəyə verdiyi Ozan Tufanı geri qaytarıb. Corner.az xəbər verir ki, bu barədə Super Liqa klubunun rəsmi saytı məlumat yayıb.
Məlumatda, klublar arasındakı razılığa əsasən, 26 yaşlı futbolçu bu mövsümün qalan hissəsini “Fənərbaxça”da davam etdirəcəyi vurğulanıb
“Uotford” Ozan Tufanı bir mövsümlük icarəyə götürmüşdü. Müqaviləyə görə, sözügedən klub Premyer Liqada qalarsa, Ozanı məcburi birdəfəlik transfer etməlidir. Klub elitanı tərk edəcəyi halda isə Ozan gələn mövsümü “Fənərbaxça”da çıxış edəcək.
Türkiyə millisinin üzvü bu mövsümün geridə qalan hissəsində İngiltərə təmsilçisinin heyətində 9 oyuna çıxıb. “Uotford” isə cari mövsümdə Premyer Liqa çərçivəsində keçirdiyi 20 oyunda cəmi 14 xal toplayıb və 20 iştirakçı arasında 19-cu sırada qərarlaşıb.