Polşanın “Legiya” klubunun azərbaycanlı hücumçusu Mahir Emreli Zaqreb “Dinamo”suna keçməyə yaxındır. Corner.az xəbər verir ki, bu barədə Polşa mətbuatı məlumat yayıb.
Məlumatda, Zaqreb təmsilçisinin hücumçunun transferini 24 saat ərzində açıqlayacağı vurğulanıb. Xorvatiya təmsilçisi 24 yaşlı futbolçunu İspaniya “Sevilya”sına qarşı keçirəcəyi Avropa Liqasının pley-off oyunlarına sifariş etmək niyyətindədir
Xatırladaq ki, “Legiya”dan ayrılmaq istəyən Mahir Emreli komandanın təlim-məşq toplanışına qoşulmayıb.