“Qalatasaray”la yollarını ayıran Deandre Yedlinin yeni klubu məlum olub. Corner.az xəbər verir ki, 28 yaşlı müdafiəçi ABŞ-ın “İnter Mayami” klubuna keçib.
Bu barədə MLS təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Amerikalı futbolçu ilə 3+1 illik müqavilə imzalanıb.
Yedlin “Qalatasaray”da 36 oyuna çıxıb. O, bu oyunlarda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Xatırladaq ki, “İnter Mayami”nin sahibi ingiltərəli keçmiş futbolçu Devid Bekhemdir.