7 aprel 2026. Çərşənbə axşamı

Premyer Liqa klubundan daha iki transfer


  • Transfer
  • 10:53 03.02.2022
  • Oxunma sayı: 156
Premyer Liqa klubundan daha iki transfer
İngiltərənin “Nyukasl” klubu heyətini yeni futbolçularla gücləndirib. Corner.az xəbər verir ki, Premyer Liqa təmsilçisi “Aston Villa”nın müdafiəçisi Mett Targeti heyətinə qatıb.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 26 yaşlı futbolçu bu ilin mayına qədər icarəyə götürülüb. O, yeni komandasında 13 nömrəli formanı geyinəcək.
 
Mett Target 2019-cu ildən “Aston Villa”da çıxış edir. İngilis futbolçu bu mövsüm sözügedən komandada 19 oyuna çıxıb, 1 qol və 1 məhsuldar ötürmə müəllifi olub. Sol cinah oyunçusu daha öncə “Sauthempton” və “Fulhem”də də çıxış edib. Futbolçunun bazar dəyərinin 17 milyon avro olduğu iddia edilir.
 
“Nyukasl” “Brayton”un mərkəz müdafiəçisi Den Börnü də transfer edib. Premyer Liqa təmsilçisi, 29 yaşlı müdafiəçisi ilə 2.5 illik müqavilə bağlayıb. Börnün transferi üçün 17 milyon avro ödənilib.
 
Den Börn 2018-ci ildən “Brayton”da çıxış edirdi. O, bu mövsüm sözügedən komandanın heyətində 16 matça çıxıb, 1 qola imza atıb. İngilis futbolçu daha öncə “Uiqan”, “Birmingem Siti”, “Yeovil Taun”, “Fulhem” və “Darlinqton” kimi klubların da formasını geyinib.






Transfer

PSJ 57 milyon avro təklif etdi
  • Transfer
  • 23:44 04.04.2026
PSJ 57 milyon avro təklif etdi