4 oktyabr 2026. Bazar günü

Dieqo Perottinin yeni klubu bilindi


  • Transfer
  • 10:55 03.02.2022
  • Oxunma sayı: 156
Dieqo Perottinin yeni klubu bilindi

Argentinalı yarımmüdafiəçi Dieqo Perotti İtaliyanın “Salernitana” klubuna keçib.

Corner.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

32 yaşlı futbolçu komandaya azad agent kimi qoşulub. Təcrübəli futbolçunun müqaviləsi mövsümün sonunadək nəzərdə tutulub. Bu mövsüm Perotti peşəkar səviyyədə çıxış etməyib.

Qeyd edək ki, D.Perottinin sonuncu klubu Türkiyənin “Fənərbaxça” olub.







Transfer