7 aprel 2026. Çərşənbə axşamı

Emrelinin Legiya'dan ayrılması uzun çəkdi


  • Transfer
  • 12:56 03.02.2022
  • Oxunma sayı: 153
Emrelinin Legiya'dan ayrılması uzun çəkdi

Türkiyənin "Başakşehir" klubunun baş məşqçisi Emre Belözoğlu Azərbaycan milli komandasının futbolçusu Mahir Emrelinin baş tutmayan transferindən danışıb.

Corner.az-ın məlumatına görə, 41 yaşlı mütəxəssis "İhlas" agentliyinə müsahibəsində Emrelinin Polşa "Legiya"sı ilə problemlərinin olması səbəbindən bu keçidin alınmadığını bildirib.

Belözoğlu 24 yaşlı hücumçunun Varşava təmsilçisi ilə müqaviləni pozma prosesinin uzun çəkdiyini söyləyib: "Əslındə oyunçu ilə maraqlanmışıq və danışıqlarımız da olub. Amma onunla bağlı problemlər var idi. Emreli "Legiya"da arzulamadığı olay yaşayıb və komandadan ayrılmaq istədiyini bildirib. Lakin yolların ayrılma prosesi uzun çəkdi. Biz isə tezliklə qərar qəbul etməli idik. Yanvar qış transferi üçün asan ay deyil. Bizə kömək edəcəyinə inandığımız oyunçu idi. Lakin hazırkı məqam üçün bu transfer baş tutmadı".

Qeyd edək ki, Mahir Emreli fevralın 2-də Xorvatiyanın "Dinamo" (Zaqreb) klubu ilə 4,5 illik müqavilə bağlayıb.







Transfer

PSJ 57 milyon avro təklif etdi
  • Transfer
  • 23:44 04.04.2026
PSJ 57 milyon avro təklif etdi