4 oktyabr 2026. Bazar günü

Sabah braziliyalı futbolçu ilə müqavilə imzaladı


  • Transfer
  • 20:37 03.02.2022
  • Oxunma sayı: 134
Sabah braziliyalı futbolçu ilə müqavilə imzaladı
"Sabah” heyətini yeni futbolçu ilə gücləndirib. Corner.az xəbər verir ki, Kristian da Silva Fil bundan sonra sözügedən komanda da çıxış edəcək. Braziliyalı yarımmüdafiəçi ilə 1,5 illik müqavilə imzalanıb.
 
“Sabah”ın yeni transferi bu komandada 15 nömrəli formada çıxış edəcək.

Kristian karyerası ərzində Braziliyanın “Tuna Luso”, “Anapolis”, Kiprin APOEL, Rumıniyanın ÇFR, Portuqaliyanın “Nasional”, “Pasuş de Ferreyra”, “Feyrense”, “Kaza Pia” klublarında çıxış edib. Braziliyalı futbolçunun son klubu Portuqaliya “Koimbra”sı olub.






Transfer