4 iyul 2026. Şənbə

Super Liqa klubundan Liqa 1 təmsilçisinə


  • Transfer
  • 11:57 04.02.2022
  • Oxunma sayı: 151
Super Liqa klubundan Liqa 1 təmsilçisinə
Türkiyənin “Antalyaspor” klubu iki futbolçusu ilə yollarını ayırıb. Corner.az xəbər verir ki, Super Liqa təmsilçisi “Başakşəhər”dən icarəyə götürdüyü hücumçu Enzo Krivelli ilə müqaviləyə xitam verib.
 
26 yaşlı futbolçu ölkəsinin “Sent Etyen” klubuna keçib. Liqa 1 təmsilçisi hücumçunu bu mövsümün sonuna kimi icarəyə götürüb.
 
Krivelli “Başakşəhər”ə 2019-cu ildə “Kan”dan transfer olunmuşdu. O, 2019/20 mövsümündə İstanbul klubu ilə Türkiyə çempionluğuna sevinib. “Başakşəhər” “Antalyaspor”dan ayrılan fransalı hücumçunu yenidən icarəyə göndərib. O, ölkəsinin “Sent Etyen” klubuna keçib.
 






Transfer

Çemberlen “Seltik”də qalır
  • Transfer
  • 01:09 04.07.2026
Çemberlen “Seltik”də qalır