7 aprel 2026. Çərşənbə axşamı

Səbail'dən daha bir transfer


  • Transfer
  • 11:22 05.02.2022
  • Oxunma sayı: 156
Səbail'dən daha bir transfer
"Səbail” heyətinə daha bir qapıçı cəlb edib. Corner.az xəbər verir ki, paytaxt təmsilçisi Hüseynəli Quliyevi transfer edib.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. “Sumqayıt”dan gətirilən qolkiperlə müddəti 2023-cü ilin yayına qədər olan müqavilə imzalanıb.
 
Hüseynəli Quliyev “Səbail” üçün tanış futbolçudur. O, 2017/18 mövsümündə “Gənclər Liqası”nın bürünc medalını qazanan “Səbail”in U-19 komandasının heyətində çıxış edib. Gənc futbolçu həmin mövsüm “İlin qapıçısı” mükafatına da layiq görülüb.
 
Daha sonra “Sabah”ın ikinci komandasında çıxış etməyə başlayan qolkiper son olaraq “Sumqayıt”ın formaını geyinib.
 
“Səbail” ötən gün “Zirə”dən ayrılan qapıçı Rəşad Əzizli ilə də müqavilə bağlamışdı. 






Transfer

PSJ 57 milyon avro təklif etdi
  • Transfer
  • 23:44 04.04.2026
PSJ 57 milyon avro təklif etdi