4 iyul 2026. Şənbə

Monako'nun sabiq futbolçusu Portuqaliya klubunda


  • Transfer
  • 20:42 05.02.2022
  • Oxunma sayı: 139
Monako'nun sabiq futbolçusu Portuqaliya klubunda

"Monako”nun sabiq futbolçusu Lasina Traorenin yeni klubu məlum olub.

Corner.az xəbər verir ki,  Portuqaliya “Varzim” klubu 31 yaşlı hücumçunu heyətinə qatıb. Bu barədə 2-ci liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Fil Dişi Sahili millisinin üzvü ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.

Traore karyerası ərzində Rusiyada ÇSKA, Fransada “Amyen”, “Monako”, İngiltərədə “Everton”, İspaniyada “Sportinq”, Rumıniyada ÇFR, Macarıstanda “Uypeşt” kimi klublarda çıxış edib. 







Transfer

Çemberlen “Seltik”də qalır
  • Transfer
  • 01:09 04.07.2026
Çemberlen “Seltik”də qalır