11 may 2026. Bazar ertəsi

Türkiyə millisinin sabiq üzvü 1-ci liqa klubunda


  • Transfer
  • 23:40 05.02.2022
  • Oxunma sayı: 168
Türkiyə millisinin sabiq üzvü 1-ci liqa klubunda

Türkiyə millisinin sabiq hücumçusu Mevlüt Erdinçin yeni klubu müəyyənləşib.

Corner.az xəbər verir ki, TFF 1-ci liqa təmsilçisi “Ümraniyəspor” 34 yaşlı futbolçunu heyətinə qatıb.

Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb. Tərəflər arasında razılaşma mövsümün sonuna qədərdir.

Xatırladaq ki, ötən mövsümü “Fatih Karagümrük”də keçirən, Mevlüt Erdinç bu mövsümə 1-ci Liqa təmsilçisi “Kocaelispor”da başlamışdı. Lakin o, bir müddət sonra sözügedən klubla müqaviləsinə xitam vermişdi. Türkiyə millisində 35 oyuna 8 qol vurmuş Edrinç, karyerası ərzində “Soşo”, PSJ, “Renn”, “Sent Etyen”, “Hannover”, “Genqam”, “Mets”, “Başakşəhər”, “Antalyaspor” və “Fənərbaxça”da da oynayıb.







Transfer