Azərbaycanlı futbolçu Kamran Əliyev Rusiyanın “Ximki” klubundan ayrılıb. Corner.az xəbər verir ki, bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb.
23 yaşlı hücumçu Premyer Liqada mübarizə aparan bu klubla müqaviləsinə xitam verib. O, cari mövsümün əvvəlində bir illik icarəyə verildiyi “OİK-Xabarovsk” klubuna keçib.
Əliyev Birinci Divizionda çıxış edən Xabarovsk təmsilçisi ilə müqavilə imzalayıb. Lakin sözügedən klub hələ bu barədə rəsmi açıqlama verməyib.
“Ximki”nin öz yetirməsi olan Kamran Əliyev 2017-cu ildən bu klubun əsas komandasında çıxış edirdi. Kamran 2018-ci ildə Azərbaycanın U-21 yığmasına cəlb olunub. O, həmin dövrdə milli komandamızda 2 oyuna çıxıb, hətta bir qol da vurub.
Xabarovsk təmsilçisi bu mövsüm keçirdiyi 25 oyunda 41 xal toplayıb və 20 kollektiv arasında 5-ci pillədə qərarlaşıb. Kamran isə 17 oyunda 2 qol vurub.