30 noyabr 2024. Şənbə

Super Liqa klubunda 2 yeni transfer, 2 ayrılıq


  • Transfer
  • 22:00 06.02.2022
  • Oxunma sayı: 122
Super Liqa klubunda 2 yeni transfer, 2 ayrılıq
Türkiyənin “Kasımpaşa” klubu heyətini yeni futbolçularla gücləndirib. Corner.az xəbər verir ki, Super Liqa təmsilçisi Rusiyanın “Krasnodar” klubunun müdafiəçisi Uroş Spayiçlə, Türkiyə millisinin sabiq üzvü Tunay Torunu transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb.  28 yaşlı serbiyalı futbolçu ilə müqavilənin müddəti və digər detalları açıqlanmayıb.
 
 Spayiç, 2018-ci ildən “Krasnodar”da çıxış edirdi. O, ötən mövsümü “Feyenoord”da icarədə keçirib. Bu mövsüm Rusiya klubunda 11 oyuna çıxan futbolçu 1 qol da vurub. O, daha öncə “Srvena Zvezda”, “Sopot”, “Tuluza” və “Anderlext” klublarının da formasını geyinib.
 
Tunay Torun isə 5 illik fasilədən sonra “Kasımpaşa”ya qayıdıb. O, 2014-2017-ci illər aralığında da bu klubun uğurları üçün çalışıb. Son olaraq “Fatih Karagümrük”də forma geyinmiş 31 yaşlı vinger, bu mövsüm 14 oyuna çıxıb. Almaniyanın “Hamburq” klubunun yetirməsi olan Tunay, bu ölkədə “Herta” və “Ştutqart”ın da uğurları üçün çalışıb. Türkiyə millisinin sabiq üzvü ölkəsində “Başakşəhər”, “Bursaspor” və “Rizəspor” da çıxış edib.
 
“Kasımpaşa” bu transferlərlə yanaşı, danimarkalı hücumçusu Nikolay Yorgensen və mərakeşli yarımmüdafiəçisi Nabil Dirarla da yollarını ayırıb. Bu mövsümün əvvəlindən Türkiyə klubunda çıxış edən Yorgensen, meydana çıxdığı 15 oyunda 838 dəqiqə oynayıb, 2 qol vurub. Nabil Dirar da bu mövsümün əvvəlində “Fənərbaxça”dan “Kasımpaşa”ya transfer olunmuşdu. 35 yaşlı futbolçu cəmi 6 oyuna çıxıb, 251 dəqiqə oynayıb.






Transfer

Donnarumma "Milan"a qayıda bilər
  • Transfer
  • 23:59 29.11.2024
Donnarumma "Milan"a qayıda bilər