4 oktyabr 2026. Bazar günü

Karlos Teves ABŞ klubuna keçir


  • Transfer
  • 14:04 07.02.2022
  • Oxunma sayı: 147
Karlos Teves ABŞ klubuna keçir
Argentina milli komandasının sabiq hücumçusu Karlos Teves karyerasını ABŞ-da davam etdirə bilər. Corner.az xəbər verir ki, “Di Si Yunayted” 2021-ci ilin yayından klubsuz olan 38 yaşlı futbolçu ilə yaxından maraqlanır. Bu barədə “The Athletic” nəşri məlumat yayıb. Məlumatda, MLS təmsilçisinin hazırda Teves ilə maaşla bağlı yekun danışıqlar apardığı vurğulanıb.
 
Son klubu “Boka Xuniors” olan Teves, daha əvvəl İngiltərədə “Vest Hem”, “Mançester Yunayted”, “Mançester Siti”, İtaliyada “Yuventus” kimi klublarda çıxış edib.






Transfer