23 aprel 2026. Cümə axşamı

Kaliniç 13 il sonra sabiq klubuna qayıtdı


  • Transfer
  • 18:53 07.02.2022
  • Oxunma sayı: 135
Kaliniç 13 il sonra sabiq klubuna qayıtdı
İtaliyanın “Verona” klubu futbolçusu Nikola Kaliniçlə yollarını ayırıb. Corner.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Kaliniçin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.
 
34 yaşlı hücumçunun yeni klubu artıq məlum olub. O, karyerasını öz ölkəsində davam etdirəcək. Kaliniç 13 il sonra sabiq komandası “Hayduk” klubuna keçib.
 
Kaliniç daha əvvəl İspaniyada “Atletiko”, İtaliyada “Fiorentina”, “Milan” kimi klublarda çıxış edib. O, Xorvatiya yığmasında 42 oyunda 15 qol vurub.
 






Transfer

Alisson üçün İtaliya variantı
  • Transfer
  • 21:58 22.04.2026
Alisson üçün İtaliya variantı