7 aprel 2026. Çərşənbə axşamı

Trabzonspor'dan 9-cu transfer


  • Transfer
  • 10:38 08.02.2022
  • Oxunma sayı: 129
Trabzonspor'dan 9-cu transfer
Türkiyənin “Trabzonspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Corner.az xəbər verir ki, Super Liqa təmsilçisi Almaniyanın “Bayer” klubundan Emrehan Gediklini transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 18 yaşlı hücumçu ilə 4.5 illik müqavilə imzalanıb. Trabzon təmsilçisi bu transferə görə Leverkuzen klubuna 800 min avro ödəniləcəyini açıqlayıb.
 
Emrehan Gedikli özü isə bu mövsüm üçün 2 milyon TL qazanacaq. Futbolçu 2022/23 mövsümündə 4.5, 2023/24 mövsümündə 5, 2024/25 mövsümündə 5.5, 2025/26 mövsümündə isə 6 milyon TL gəlir əldə edəcək.
 
“Trabzonspor” daha öncə Jan Evrar Kuassi, Edin Vişça, Timoteuş Puxaç, Yusuf Ərdoğan, Enis Destan, Batuhan Kör, Taha Altıkardeş və Kərəm Şəni də transfer etmişdi.






Transfer

PSJ 57 milyon avro təklif etdi
  • Transfer
  • 23:44 04.04.2026
PSJ 57 milyon avro təklif etdi