Almaniyanın “Bavariya” klubu bu mövsümün sonunda müdafiəçisi Niklas Süle ilə yollarını ayıracaq. Corner.az xəbər verir ki, 26 yaşlı futbolçu karyerasını Dortmund “Borussiya”sında davam etdirəcək.
Bu barədə Dortmund klubunun rəsmi saytı məlumat yayıb. Məlumatda, “Bavariya” ilə müqaviləsi bu mövsümün sonunda bitəcək almaniyalı futbolçunun yeni mövsümdən “Borussiya”da davam etdirəcəyi vurğulanıb. Tərəflər 1 illik müqavilə ilə bağlı razılığa gəliblər.
Niklas Süle 2017-ci ildə 20 milyon avro qarşılığında “Hoffenhaym”dan “Bavariya”ya transfer olunub. O, bu mövsüm Münhen təmsilçisində 26 oyuna çıxıb, 1 məhsuldar ötürmə müəllifi olub.