7 aprel 2026. Çərşənbə axşamı

Başakşəhər'də 4 ayrılıq


  • Transfer
  • 10:49 08.02.2022
  • Oxunma sayı: 196
Başakşəhər'də 4 ayrılıq
Türkiyənin “Başakşəhər” klubu portuqaliyalı müdafiəçisi Migel Vyeyra ilə yollarını ayırıb. Corner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
Tərəflər arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. 31 yaşlı futbolçuya xidmətlərinə görə təşəkkür edilib, ona gələcək karyerasında uğurlar arzulanıb.
 
Migel Vyeyra 2019/20 mövsümünün əvvəlindən “Başakşəhər”də çıxış edirdi.
 
“Başakşəhər” Kabo Verdedən olan müdafiəçisi Karlos Ponku da “Rizəspor”a icarəyə göndərib. 27 yaşlı futbolçu bu mövsümün sonunadək Rizə təmsilçisinin uğurları üçün çalışacaq.
 
Karlos Ponk 2019-cu ildən “Başakşəhər”də forma geyinir. Kabo Verde yığmasında da oynamış futbolçu daha öncə “Aves”, “Çaves”, “Benfika”, “Pasuş de Ferreyra və “Farense” klublarının uğurları üçün çalışıb.

“Başakşəhər” daha iki futbolçusu Alya Toure və Tidiany Bangouranı da icarəyə göndərib. Sözügedən oyunçular Danimarkanın 1-ci liqasında çıxış edən Jammerbugt klubunda 2022/2023-cü il mövsümünə qədər Danimarka təmsilçisinin uğurları üçün çalışacaqlar.






Transfer

PSJ 57 milyon avro təklif etdi
  • Transfer
  • 23:44 04.04.2026
PSJ 57 milyon avro təklif etdi