7 aprel 2026. Çərşənbə axşamı

Yuventus'un futbolçusu ABŞ klubuna keçir


  • Transfer
  • 15:55 08.02.2022
  • Oxunma sayı: 135
Yuventus'un futbolçusu ABŞ klubuna keçir
“Yuventus”un futbolçusu Duqlas Kosta karyerasını ABŞ-da davam etdirəcək. Corner.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi MLS təmsilçisi “Los Anceles Qalaksi” ilə razılaşıb. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.
 
Kostanın ABŞ klubuna keçidinin detalları məlum deyil. “Los Anceles Qalaksi” yaxın zamanda braziliyalı  futbolçunun keçidini açıqlayacaq.
 
Kosta hazırda icarə əsasında “Qremio”da çıxış edir. Onun klubla icarə müqaviləsi 2022-ci ilin yayına qədərdir.
 
Kosta 2017-ci ildən “Yuventus”un futbolçusudur.






Transfer

PSJ 57 milyon avro təklif etdi
  • Transfer
  • 23:44 04.04.2026
PSJ 57 milyon avro təklif etdi