Türkiyənin “Kasımpaşa” klubu heyətini yeni futbolçularla gücləndirib. Corner.az xəbər verir ki, Super Liqa təmsilçisi Belçikanın “Standard” klubunun hücumçusu Cekson Mulekanı, Danimarkanın “Midtyulland” klubunun yarımmüdafiəçisi Aver Mabili və Yeni Malatyaspor'dan ayrılan Rayan Abidi heyətinə qatıb. Muleka ilə Mabil icarəyə götürülübsə, Abidi ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.
Konqo yığmasının da üzvü olan 22 yaşlı forvard bu mövsüm Belçika çempionatında 19 oyuna çıxan Muleka 2 qol vurub. 2020-ci ildən “Standard”da çıxış edən oyunçu, daha öncə “Mazembe”nin uğurları üçün çalışıb
26 yaşlı avstraliya vinger də 2015-ci ildən Danimarka klubunun uğurları üçün çalışır. O, “Esbyerq” və “Pasuş de Ferreyra”da da forma geyinib. Millidə 23 oyuna 6 qol vurmuş yarımmüdafiəçi, daha öncə “Kempbeltaun Siti” və “Abeleyd Yunayted” kimi komandalarda da oynayıb.
Mərakeş əsilli fransalı futbolçu isə peşəkar karyerasına Fransanın “Amyen” komandasında başlayıb. O, Fransada “Bezye” və “Paris” kimi klubların da formasını geyinib. 2019-cu ildə Türkiyənin “Hatayspor” klubuna transfer olunan yarımmüdafiəçi, “Yeni Malatyaspor”a bu mövsümün əvvəlində transfer olunmuşdu. 30 yaşlı futbolçu bu komandada 23 oyuna 1 qol vurub.