“Olimpik” (Lion) klubunun futbolçusu Cerdan Şakiri karyerasını ABŞ-da davam etdirəcək. Corner.az xəbər verir ki, MLS təmsilçisi “Çikaqo Fayr” 31 yaşlı futbolçunu transfer edib.
Bu barədə ABŞ klubunun rəsmi saytı məlumat yayıb. İsveçrəli oyunçu yeni klubu ilə 2024-cü ilin sonunadək müqavilə bağlayıb. “Çikaqo Fayr” bu keçidə görə Fransa klubuna 7 milyon avro ödəyib.
Cerdan Şakiri 2021-ci ilin avqustundan “Olimpik”də çıxış edirdi. O, bu komandanın heyətində meydana çıxdığı 16 oyunda 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
İsveçrə millisinin üzvü daha öncə “Bazel”, “Bayern”, “İnter”, “Stok Siti” və “Liverpul” klublarında da forma geyinib. Ölkəsinin yığmasında 100 matça çıxmış futbolçu, 26 qola imza atıb.