4 oktyabr 2026. Bazar günü

Bavariya və Yuventus'un sabiq futbolçusu rəsmən ABŞ klubunda


  • Transfer
  • 22:43 10.02.2022
  • Oxunma sayı: 177
Bavariya və Yuventus'un sabiq futbolçusu rəsmən ABŞ klubunda

Braziliyanın "Qremio" klubunun futbolçusu Duqlas Kosta MLS-də çıxış edən "Los-Anceles Qelaksi" klubuna keçidi rəsmiləşib.

Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi ilə cari mövsümün sonunadək müqavilə imzalanıb. Braziliyalı futbolçu yeni komandasında icarə əsasında çıxış edəcək.

Kosta yayda "Qremio"dan ayrıldıqdan sonra isə "Los-Anceles Qelaksi" ilə 1 illik yeni sözləşmə imzalayacaq.

Qeyd edək ki, Duqlas Kosta daha əvvəl Ukraynanın "Şaxtyor" (Donetsk), Almaniyanın "Bavariya" və İtaliyanın "Yuventus" klublarının formasını geyinib.







Transfer