23 aprel 2026. Cümə axşamı

Ronaldonun oğlu Mançester Yunayted'lə müqavilə bağladı


  • Transfer
  • 10:46 11.02.2022
  • Oxunma sayı: 198
Ronaldonun oğlu Mançester Yunayted'lə müqavilə bağladı

Portuqaliyalı futbolçu Kriştiano Ronaldonun klubu "Mançester Yunayted" onun oğlu kiçik Kriştiano ilə rəsmi müqavilə bağlayıb.

Corner.az-ın məlumatına görə, təqdimat mərasimindən görüntüləri Ronaldonun sevgilisi Corcina Rodriges şəxsi "İnstaqram" səhifəsində paylaşıb.

Həmin fotoda 11 yaşlı kiçik Kriştiano "qırmızı şeytanlar"ın 7 nömrəli formasını nümayiş etdirib. O, yeni komandasında da atasının çıxış etdiyi nömrəni seçib. Daha əvvəl o, "Yuventus"un akademiyasında çıxış edib və ötən ilin yayında Turin klubundan ayrılıb.

Qeyd edək ki, Kriştiano Ronaldo "Mançester Yunayted"lə 2021-ci ilin yayında ikinci dəfə müqavilə bağlayıb. 37 yaşlı hücumçu 2003 - 2009-cu illərdə də bu klubun formasını geyinib.







Transfer

Alisson üçün İtaliya variantı
  • Transfer
  • 21:58 22.04.2026
Alisson üçün İtaliya variantı