- Transfer
- 23:59 29.11.2024
İngiltərənin “Lester” klubunun futbolçusu Adama Lukman idman vətəndaşlığını dəyişə bilər.
Corner.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi İngiltərə milli komandasına dəvət almadığı üçün idman vətəndaşlığını dəyişməyə qərar verib. Bu barədə “The Athletic” nəşri məlumat yayıb.
Məlumatda, Lukman İngiltərədə doğulsa da, ailəsi nigeriyalı olduğu üçün Nigeriya milli komandasında oynamaq istədiyi vurğulanıb.
FİFA-nın daha əvvəldən İngiltərə yığmasının U-19, U-20 və U-21 yaş kateqoriyasında oynayan Lukmanın müraciətinə müsbət cavab verəcəyi gözlənilir.