İngiltərənin “Lids” klubunda baş məşqçi Marselo Byelsa ilə yollar ayrıla bilər.
Corner.az xəbər verir ki, Premyer Liqa təmsilçisi 66 yaşlı mütəxəssisin mövsümün sonuna qədər olan müqaviləsini yeniləməyəcək. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
Qeyd edək ki, “Lids” hazırda Premyer Liqada 15-ci pillədə qərarlaşıb.