- Transfer
- 23:59 06.04.2026
Ukrayna milli komandasının üzvü Yevgeni Konoplyankanın yeni klubu məlum olub.
Corner.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi Polşa təmsilçisi “Krakoviya”ya keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Konoplyanka ilə 6 aylıq müqavilə imzalanıb, lakin "Krakoviya" müqavilınin müddətini 1 il uzada bilər.
Konoplyankanın son klubu Donetsk “Şaxtyor”u olub. O, daha əvvəl İspaniyada “Sevilya”, Almaniyada “Şalke”də çıxış edib.