4 oktyabr 2026. Bazar günü

Barselona Çelsi'nin futbolçusu ilə razılaşdı


  • Transfer
  • 16:46 14.02.2022
  • Oxunma sayı: 232
Barselona Çelsi'nin futbolçusu ilə razılaşdı

“Çelsi”nin futbolçusu Sesar Aspilikueta karyerasını İspaniyada davam etdirəcək.

Corner.az xəbər verir ki, “Barselona” klubu 32 yaşlı müdafiəçi ilə razılaşıb. Bu barədə “sport.es” saytı məlumat yayıb. Məlumatda, Aspilikuetanın artıq Kataloniya təmsilçisi ilə ilkin müqaviləyə qol çəkdiyi bildirilib.

İspaniya millisinin üzvü 2012-ci ilin yayından “Çelsi”də çıxış edir. Onun “zadəganlar”la müqaviləsi mövsümün sonuna qədərdir.







Transfer