4 iyul 2026. Şənbə

Rusiya klubu millimizin hücumçusuna görə 200 min avro ödəyəcək


  • Transfer
  • 10:37 15.02.2022
  • Oxunma sayı: 143
Rusiya klubu millimizin hücumçusuna görə 200 min avro ödəyəcək

Azərbaycan millisinin və İspaniyanın "Palma" klubunun futzalçısı Rafael Vilela karyerasını Rusiyada davam etdirəcək.

Corner.az xəbər verir ki, braziliyalı hücumçu "Tümen" klubu ilə anlaşıb. Superliqa təmsilçisi 28  yaşlı oyunçunun keçidi üçün qarşı tərəfə 200 000 avro təzminat ödəyəcək.

Təcrübəli oyunçunun yeni komandasındakı məvacibi isə hazırkından 4 dəfə çox olacaq.

Qeyd edək ki, Azərbaycan millisinin digər futzalçısı Tiaqo Bolinya da 2020-ci ilin martından "Tümen"in formasını geyinir.(report)







Transfer

Çemberlen “Seltik”də qalır
  • Transfer
  • 01:09 04.07.2026
Çemberlen “Seltik”də qalır