7 aprel 2026. Çərşənbə axşamı

Runi: 40 futbolçuya ehtiyacımız var


  • Transfer
  • 16:53 15.02.2022
  • Oxunma sayı: 134
Runi: 40 futbolçuya ehtiyacımız var

İngiltərə Çempionşipində mübarizə aparan “Derbi Kaunti”nin baş məşqçisi Ueyn Runi yay transfer dövründə əsas və U-23 komandasına ümumilikdə 40 futbolçu transfer etməli olduqlarını bildirib.

Corner.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, bu mövsüm maliyyə problemləri səbəbindən 21 xalı silinən “Derbi Kaunti” Çempionşipin son turunda səfərdə “Midlsbro”ya 1:4 hesabı ilə məğlub olub. Bu qələbə ilə “Midlsbro” xalını 49-a yüksəldib, “Derbi Kaunti” isə 18 xalda qalıb.

Runi məğlubiyyətdən sonra yaşadıqları maliyyə problemlərindən şikayətlənib:

“Komandanın yeni sahiblərə və onların dəstəyinə ehtiyacı var. Yay transfer müddəti üçün planımız var. Əsas və U-23 komandasına 40 oyunçu transfer etməliyik. Bu, böyük bir işdir. Burada oturub Lionel Messini də istədiyimi deyə bilərəm. Amma mənə lazım olan odur ki, kimsə gəlib bizə real büdcə versin.”







Transfer

PSJ 57 milyon avro təklif etdi
  • Transfer
  • 23:44 04.04.2026
PSJ 57 milyon avro təklif etdi