4 iyul 2026. Şənbə

PSJ onu birdəfəlik transfer etdi


  • Transfer
  • 16:36 16.02.2022
  • Oxunma sayı: 244
PSJ onu birdəfəlik transfer etdi

Fransanın PSJ klubu Portuqaliya millisinin futbolçusu Nunu Mendeşin transfer hüquqlarını "Sportinq" klubundan alıb.

Corner.az xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano tviter hesabında yazıb.

O, Paris təmsilçisinin yayda 19 yaşlı müdafiəçi ilə 5 illik müqavilə imzalayacağını və qarşı tərəfə 40 milyon avro ödəyəcəyini bildirib.

Qeyd edək ki, Nunu Mendeş hazırda icarə əsasında PSJ-də çıxış edir.O, cari mövsüm 26 oyuna çıxıb və 3 məhsuldar ötürmə ilə yadda qalıb.







Transfer

Çemberlen “Seltik”də qalır
  • Transfer
  • 01:09 04.07.2026
Çemberlen “Seltik”də qalır