4 iyul 2026. Şənbə

Ərəblərdən Tosuna 5 milyonluq təklif


  • Transfer
  • 18:09 16.02.2022
  • Oxunma sayı: 150
Ərəblərdən Tosuna 5 milyonluq təklif

İngiltərənin “Everton” klubunun türkiyəli hücumçusu Cenk Tosun karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Corner.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının “Əl Hilal” klubu “Everton”la müqaviləsi mövsümün sonunda başa çatacaq 30 yaşlı futbolçunu transfer etmək istəyir. Ərəbistan təmsilçisi Cenkə 5 milyon avroluq məvacib və iki illik müqavilə təklif etdiyi bildirilir.

Cenk Tosunun adı Türkiyənin “Beşiktaş” klubu ilə də hallanır.

O, cari mövsümdə İngiltərə Premyer Liqasında cəmi 1 oyunda meydana çıxıb.







Transfer

Çemberlen “Seltik”də qalır
  • Transfer
  • 01:09 04.07.2026
Çemberlen “Seltik”də qalır