23 aprel 2026. Cümə axşamı

Mançester Siti onu hədəfə aldı


  • Transfer
  • 18:17 16.02.2022
  • Oxunma sayı: 145
Mançester Siti onu hədəfə aldı

“Barselona”nın yarımmüdafiəçisi Niko Qonsales karyerasını İngiltərədə davam etdirə bilər.

Corner.az “Marca”ya istinadən xəbər verir ki, 20 yaşlı futbolçu ilə dörd klub maraqlanır: 2-i Premyer Liqa, 1-i Bundesliqa, 1-i isə A seriyasından.

“Mançester Siti”nin gənc futbolçu ilə xüsusi əlaqəsi var. Futbolçunun atası Premyer Liqada gənclərlə bağlı klublarda çalışdığı üçün Nikonun "şəhərlilər"ə keçəcəyində müsbət rol oynayacağı bildirilir. Lakin Kataloniya təmsilçisi bu klubların təkliflərinə qarşılıq ispan futbolçuya yeni müqavilə təklif etməyə hazırlaşır, maliyyə problemi yaşayan klub buna baxmayaraq Niko üçün yeni sərfəli müqavilə təklif edəcəyi gözlənilir.

Niko Qonsalesin “Barselona” ilə hazırkı müqaviləsi 2024-cü ilə qədərdir.







Transfer

Alisson üçün İtaliya variantı
  • Transfer
  • 21:58 22.04.2026
Alisson üçün İtaliya variantı