- Transfer
- 23:59 29.11.2024
Hazırda PSJ-də forma geyinən Lionel Messi ilə bağlı maraqlı iddia ortaya atılıb.
Corner.az xəbər verir ki, Fransanın “Le Parisien” nəşrinə danışan ispaniyalı jurnalist Gillem Balaque keçmişdə Messi 13 yaşı olarkən “Real”ın qapısından necə qayıtdığını bildirib:
Messinin həyatı haqda material toplayan Balaquenin dediyinə görə, 2001-ci ildə “Barselona” 600 min avro qarşılığında Messinin ailəsi ilə anlaşıb. Amma həmin vaxt Kataloniya klubunda idman direktoru dəyişib. Xavyer Perez Farquell Messi ilə anlaşmanı görüncə ona ödəniləcək pulun çox olduğunu deyib və etiraz etdilər. Daha aşağı bir məbləğlə təklif göndərdilər. Messi üçün həmin dövrdə "Özünü Maradona zənn edir?" ölkəsinə qayıtsın deyə açıqlama edənlərdə olub.Həmin dövrdə “Real”ın idman direktoru olan Xorxe Valdano da Messinin transferi üçün hadisələri diqqətlə izləyib. Ancaq “Real” “Barselona” ilə münasibətləri pozmamaq üçün Messiyə görə konkret təkliflə çıxış etmədi. Valdano Messinin vəkilləri ilə görüşdüyündə "Deyəsən, Madridə gedəcəyik" sözünü işlətdi. Ancaq Madrid klubu argentinalı hücumçunun transferi üçün son nəticəni əldə edə bilməyib. Beləliklə, Messi “Barsa” ilə müqavilə bağladı. Amma “Real”ın qapısından dönən tək ulduz Messi olmayıb, Onun PSJ-dəki hücum partnerləri Neymar və Mbappe də eyni hadisəni yaşayıb.
Neymar 13 yaşında Real Madridə keçmək üzrə idi. Gənc Neymar “Santyaqo Bernabeu”ya yollanaraq “Real Madrid”in dövrün ulduzları ilə görüşüb. Ancaq görüşdən heç bir nəticə çıxmadı və Braziliyaya qayıdıb Santosda xoşbəxt oldu.
Kilian Mbappe də buna bənzər Real Madrid macərasını yaşayıb. 14 yaşında Real Madridə transfer olmağa çox yaxın idi. O, obyektləri gəzdi və Zidan tərəfindən bəyənildi. Lakin ailəsi onun Fransada davam etməsini istədiyi üçün geri qayıtdı. Daha sonra Monakoda parlayan Mbappe super ulduza çevrildi. Fransız futbolçu bu günlərdə Real Madridin hədəfində olan futbolçulardan biridir.