- Transfer
- 23:59 29.11.2024
Polşanın "Legiya" klubunda Mahir Emreli ilə birlikdə azarkeşlərin hücumuna məruz qalmış braziliyalı futbolçu Lukinyas ABŞ-ın "Nyu-York Red Bulls" klubuna keçib.
Corner.az MLS təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 25 yaşlı hücumçu ilə 3 illik müqavilə imzalanıb. Anlaşmaya əsasən, sözləşmə müddəti sonradan uzadıla bilər.
Qeyd edək ki, 2021-ci il dekabrın 12-də "Legiya" Plotsk "Visla"sı ilə Ekstraklasanın 17-ci tur oyunundan qayıtdığı vaxt azarkeşlər komandanın avtobusuna daxil olublar. Onlar Mahir Emreli və Lukinyası döyüblər. Nəticədə Emreli klubdan ayrılaraq Xorvatiyanın "Dinamo" (Zaqreb) klubuna keçib.