4 iyul 2026. Şənbə

Qazaxıstanın daha bir klubu Qarabağ'ın qapıçısı ilə maraqlanır


  • Transfer
  • 10:45 17.02.2022
  • Oxunma sayı: 162
Qazaxıstanın daha bir klubu Qarabağ'ın qapıçısı ilə maraqlanır
Qazaxıstanın daha bir klubu Azərbaycan millisinin və "Qarabağ"ın qapıçısı Emil Balayevi heyətinə qatmaq istəyir. Corner.az "Meta-ratings.kz" saytına istinadən xəbər verir ki, "Turan" 28 yaşlı qolkiperlə maraqlanır.
 
Premyer Liqa təmsilçisinin Balayevlə danışıqlara başladığı da iddia olunub. Baş məşqçi Vladimir Qazzayev yeni qapıçı axtarır və azərbaycanlı oyunçunu komandasında görmək istəyir.
 
Balayev 2019-cu ildə "Tobol"da 42 yaşlı mütəxəssisin rəhbərliyi altında çıxış edib.
 
Qeyd edək ki, Emil Balayevi ölkənin digər klubu "Aktobe" də heyətinə qatmaq istəyir.
 






Transfer

Çemberlen “Seltik”də qalır
  • Transfer
  • 01:09 04.07.2026
Çemberlen “Seltik”də qalır