- Transfer
- 23:59 29.11.2024
İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Kriştiano Ronaldo MLS-dən (Baş Futbol Liqası) iki təklif alıb.
Corner.az-ın "Todofichajes" nəşrinə istinadən məlumatına görə, ABŞ-ın "İnter Mayami" və "Los-Anceles Qalaksi" klubları 37 yaşlı hücumçu ilə müqavilə bağlamaqda maraqlıdır. Klub nümayəndələri artıq Ronaldonun menceri ilə əlaqə saxlayıblar.
Portuqaliyalı futbolçunun "qırmızı şeytanlar"la müqaviləsi 2023-cü ilin iyununadək nəzərdə tutulub. Bununla belə, Ronaldo Çempionlar Liqasına çıxa bilməyəcəyi təqdirdə, "Mançester Yunayted"dən ayrıla bilər.
Son zamanlar baş məşqçi Ralf Ranqnikin rəhbərliyindən narazı qalan Ronaldonun komandadan ayrılmasına müsbət yanaşdığı bildirilir.
Ronaldo bu mövsüm Premyer Liqada 21 oyuna 9 qol vurub.
Qeyd edək ki, "İnter Mayami"nin sahibi İngiltərə millisinin və "Mançester Yunayted"in keçmiş futbolçusu Devid Bekhemdir. Bekhem futbolçu kimi 2007 - 2012-ci illərdə "Los-Anceles Qelaksi"nin formasını geyinib.