4 iyul 2026. Şənbə

38 yaşlı futbolçu ilə 5 illik müqavilə


  • Transfer
  • 16:30 18.02.2022
  • Oxunma sayı: 116
38 yaşlı futbolçu ilə 5 illik müqavilə

Almaniyanın "Ayntraxt" (Frankfurt) klubu futbolçusu Makoto Hasebe ilə müqaviləni uzadıb.

Corner.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, 38 yaşlı yarımmüdafiəçi ilə yeni sözləşmə 2027-ci ilədək nəzərdə tutulub.

Yaponiyalı oyunçu 2022/2023 mövsümünün sonunadək komandanın formasını geyinəcək, daha sonra karyerasını bitirərək, klubun məşqçilər heyətində çıxış edəcək.

Qeyd edək ki, Makoto Hasebe "Ayntraxt"da 2014-cü ilin iyunundan forma geyinir. 2021/2022 mövsümündə o, 19 oyuna çıxıb.







Transfer

Çemberlen “Seltik”də qalır
  • Transfer
  • 01:09 04.07.2026
Çemberlen “Seltik”də qalır