İngiltərə millisinin və “Arsenal”ın keçmiş futbolçusu Cek Uilşirin yeni klubu bəlli olub. Corner.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi karyerasını Danimarkada davam etdirəcək.
“Orhus” klubu Uilşiri heyətinə qatıb. O, yeni klubu ilə mövsümün sonunadək nəzərdə tutulan müqavilə imzalayıb.
Uilşirin son klubu “Bornmut” olub. 2021-ci ilin yayında Çempionşip təmsilçisindən ayrılan futbolçu həmin vaxtdan etibarən klubsuz idi. İngiltərə yığmasının üzvü “Bolton” və “Vest Hem” klublarının da formasını geyinib.