"Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola klub rəhbərliyindən Rahim Sterlinqlə müqaviləni uzatmağı xahiş edib. Corner.az xəbər verir ki, bu barədə italiyalı jurnalist Fabrisio Romano şəxsi "tvitter" hesabında paylaşım edib.
O, paylaşımında Qvardiolanın Sterlinqlə yolların ayrılmasının istəmədiyini bildirib.
Bir müddət əvvəl 27 futbolçunun gələn ilin yayına kimi nəzərdə tutulan müqaviləni uzatmağa razı olmayacağı təqdirdə transferə çıxarılacağı barədə məlumat yayılmışdı.
Qvardiola klub rəhbərliyinə bildirib ki, ingilis futbolçu “şəhərlilər”in əsas oyunçularından biridir və onun komandada qalması lazımdır.