- Transfer
- 23:59 06.04.2026
PSJ-nin hücumçusu Mauro İkardi karyerasını yenidən İtaliyada davam etdirə bilər.
Corner.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “Napoli”, “Milan”, “Roma” və "Arsenal" klubları 29 yaşlı futbolçunun xidmətində maraqlıdır.
İkardi PSJ-də az şans qazandığı üçün başqa klublara keçməyə müsbət yanaşdığı vurğulanıb.
Argentinalı futbolçu PSJ-dən əvvəl İtaliyada “İnter”in formasını geyinib.