4 oktyabr 2026. Bazar günü

Qarabağ'ın futbolçusu Qazaxıstan klubu ilə anlaşdı


  • Transfer
  • 12:45 25.02.2022
  • Oxunma sayı: 270
Qarabağ'ın futbolçusu Qazaxıstan klubu ilə anlaşdı
“Qarabağ” klubunun qapıçısı Emil Balayev karyerasını Qazaxıstanda davam etdirməyə hazırlaşır. Corner.az xəbər verir ki, bu barədə “meta-ratings.kz” saytı məlumat yayıb.
 
Məlumatda, 27 yaşlı qolkiperin  Qazaxıstanın “Turan” klubu ilə razılığa gəldiyi vurğulanıb. Tərəflərin yaxın vaxtda rəsmi müqavilə imzalayacağı bildirilib. 
 
Emilin “Turan”a keçidinə Ağdam klubu da razıdır. Onun "Qarabağ" ilə sözləşməsinin müddəti cari mövsümün sonuna qədərdir. 
 
Emil Balayev “Turan”ın hazırkı baş məşqçisi Vladimir Qazzayevin rəhbərliyi altında 2019-cu ildə “Tobol”da çıxış edib.






Transfer