7 aprel 2026. Çərşənbə axşamı

Real'da oynamaq üçün hazır idim - Neymar


  • Transfer
  • 14:54 27.02.2022
  • Oxunma sayı: 180
Real'da oynamaq üçün hazır idim - Neymar

Braziliya millisinin və PSJ-nin hücumçusu Neymar kiçik yaşlarında “Real”dan təklif alıb.

Corner.az xarici mətbuata istinadən xəbər verir ki, 30 yaşlı braziliyalı futbolçu 10 yaşı olarkən “Real”dan dəvət aldığını bildirib:

“10 yaşım olanda “Real” məni baxışa dəvət etdi. Həyəcanlanmışdım, çox sevinirdim məşqləri və oyunları izlədim. Qalaktikos dönəmi idi və “Real”da oynamağa hazır idim. Bir oyun izlədim bütün qolları braziliyalı futbolçular vurdu. Səhv etmirəmsə iki qolu Ronaldo, birini Robinyo, birini Xulio Baptista və son qolu Roberto Karlos vurmuşdu. Oyundan sonra onlarla şəkil çəkdirdim. Çox həyacanlı idim, özümü sınamaq üçün bir həftə orada qaldım. Bu, dörd-beş gün davam etdi. Beşinci gün məni Barselonadakı turnirə aparmaq istədilər, amma getmədim. Braziliya üçün çox darıxmışdım və evə getmək istəyirdim. “Real”da oynamaq üçün hazırım idi”.







Transfer

PSJ 57 milyon avro təklif etdi
  • Transfer
  • 23:44 04.04.2026
PSJ 57 milyon avro təklif etdi