İtaliyanın “Roma” klubu futbolçusu Canluka Mançini ilə müqaviləni uzadacaq. Corner.az İtaliya mətbuatına istinadən xəbər verir ki, Paytaxt təmsilçisi müdafiəçisi Mançini ilə müqaviləni uzatmaq barədə anlaşıb.
26 yaşlı futbolçu ilə yeni müqavilə 2026-cı ilə qədər nəzərdə tutulub. İtaliyalı futbolçunun maaşı isə illik 3 milyon avro olacaq.
Mançini 2019-cu ilin sentyabrından “canavarlar”da çıxış edir.