4 oktyabr 2026. Bazar günü

Türkiyəli mütəxəssis yenidən İran'da


  • Transfer
  • 10:16 28.02.2022
  • Oxunma sayı: 273
Türkiyəli mütəxəssis yenidən İran'da

İranın "Traktor" klubunun yeni baş məşqçisi bəlli olub.

Corner.az Təbriz təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisinin "sükan"ı türkiyəli mütəxəssis Ertuğrul Sağlama tapşırılıb.

52 yaşlı mütəxəssislə 1,5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Ertuğrul Sağlam 2018-ci ildə də Təbriz klubunu çalışdırıb. Əlavə edək ki, o, 2010-cu ildə "Bursaspor"la Türkiyə Super Liqasının qalibi olub.







Transfer